"Vilyarreal"ın futbolçuları "Qarabağ"a qarşı oyundan danışdılar

"Vilyarreal"ın futbolçuları "Qarabağ"a qarşı oyundan danışdılar

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Vilyarreal" klubunun futbolçuları Ağdam klubuna qarşı matç barədə danışıblar.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Viyarreal"ın futbolçusu Fransis Koklen qələbənin davamını gətirmək istədiklərini bildirib:

"Qarşıdan Avropa Liqasının oyunu gəlir. Bu, avrokuboklarda səfərdə keçirəcəyimiz ilk matçdır. 3 xalımız var. Qrupdan çıxmaq üçün bu vəziyyəti saxlamaq istəyirik".

Komandanın kapitanı Mario Qaspar isə turnirdəki istənilən rəqibə qalib gəlməyin çətin olduğunu deyərək, ehtiyatla danışıb: "Mövqeyimizi qorumaq istəyirik. Əvvəlki təcrübələr göstərir ki, bu turnirdə istənilən rəqibi məğlub etmək çox çətindir".

Visente İborra iddialı danışsa da, ehtiyatı əldən verməməyi bildirib: "Avropada uğur qazanmaq üçün yaxşı heyətimiz var. Amma arxayınlaşmamalıyıq. Başa düşməliyik ki, bizi çox çətin oyun gözləyir".

Xatırladaq ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da saat 21:55-də baş tutacaq.

Mənbə: offsideplus.az