15 milyon verdilər, müqaviləni 1 illik uzatdı

15 milyon verdilər, müqaviləni 1 illik uzatdı

Avropanın aparıcı klublarının maraq dairəsində olan Mateus Nunyes "Sportinq"lə müqaviləsini yeniləyib.

Offsideplus.az abola.pt saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin Lissabon təmsilçisi ilə anlaşma müddəti 2024-cü ildə başa çatırdı. İndi bu müddət 2025-ci ilə qədər artırılıb. Əvvəlki müqavilə şərtində Nunyesi heyətində görmək istəyən klub "Sportinq"ə 45 milyon avro ödəməliydisə, yeni anlaşmadan sonra 60 milyon avroya yüksəlib.

Qeyd edək ki, 22 yaşlı "sambaçı" ilə "Sevilya", "Everton" və "İnter" kimi klublar yaxından maraqlanır.

Mənbə: offsideplus.az