Yığmamız Çexiyaya böyük hesabla uduzdu

Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komanda səfərdə Çexiya millisi ilə qarşılaşıb.

Ötən il noyabrında “Bayıl Arena"da yığmamıza 4:0 hesabıyla qalib gələn çexlər bu dəfə 3 cavabsız qolla üstün olub.

Qeyd edək ki, qrupda keçirdiyi 6 oyunun hamısında uduzan yığmamız autsayderdir. Polşa 14 xalla qrup lideridir. İspaniya və Çexiya 13 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər. Moldova 3 xalla 4-cüdür.

27 oktyabr

Avro-2021-in seçmə mərhələsi

D qrupu

Çexiya - Azərbaycan 3:0
Qollar: Klara Cahinova, 27. Tereza Kreyçirikova, 52. Tereza Sevyeçkova, 64.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyan erməni xalqını fəlakətə aparır - GÜRCÜSTANDAN MÜSAHİBƏ

SONRAKI XƏBƏR

İtaliyada COVİD-19-a qarşı yeni məhdudiyyətlər etirazlara səbəb olub