"Real"ın ulduzu zədələnməsini məsxərəyə qoydu

"Real"ın ulduzu zədələnməsini məsxərəyə qoydu

UEFA Çempionlar Liqasında "Münhenqladbax"la görüşdən öncə "Real" təlim-məşq toplanışı keçirib. Məşq "Real"ın ulduzu Eden Hazardın özünü yalandan zədələnmiş kimi aparması ilə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu topa zərbə vurandan sonra özünü zədələnmiş kimi göstərib. Belçikalının çox zədə keçirməsinə göndərmə atdığı bu hərəkəti sosial şəbəkələrdə gülüş doğurub.

Qeyd edək ki, Eden Hazard zədə ardından 81 gündən sonra bu gün yenidən "Real" üçün oynayacaq.

Həmin görüntüləri təqdim edirik:

 

Mənbə: offsideplus.az