“Barselona”nın prezidenti vəzifəsindən istefa verdi

İspaniyanın "Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu istefaya gedib.

Bu barədə "Marca” xəbər verir.

Qeyd edək ki, bir gün əvvəl o, bunu səsvermə olmadan etmək istədiyini bildirib.

Müvafiq açıqlama Bartomeunun vəzifəsindən getməsi məsələsinin müzakirə edildiyi Direktorlar Şurasının iclasında verilib.

Bartomeunun 58 yaşı var. O, "Barselona”nın prezidenti vəzifəsinə 2014-cü ildə təyin edilmişdi.

Xezerxeber.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Prezidenti Vaşinqtonun vasitəçiliyi ilə əldə edilən atəşkəsin pozulmasından məyus olub

SONRAKI XƏBƏR

ABŞ “Krım platforması” üzrə Ukrayna ilə əməkdaşlıq edəcək