“Real” və “Atalanta”dan möhtəşəm geridönüş: “Atletiko” çətinliklə qələbə qazandı

“Real” və “Atalanta”dan möhtəşəm geridönüş: “Atletiko” çətinliklə qələbə qazandı

Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib.

Günün ən maraqlı qarşılaşmalarından biri “Atalanta” və “Ayaks” kollektivləri arasında olub. Oyunun ilk hissəsində “Ayaks” iki qol vuraraq, üstünlük əldə etsə də, ikinci hissədə meydan sahibləri bu qolların əvəzini çıxıb və məğlubiyyətdən xilas ola bilib - 2:2.

Eyni ssenari “Borussiya” (Münhenqladbax) - “Real Madrid” qarşılaşmasında da yaşanıb. Almaniya təmsilçisi qarşılaşmanın 32-ci və 58-ci dəqiqələrində vurduqları qolla üstünlük qazanıb. Ancaq Madrid klubunun futbolçuları 87-ci və 90+3-cü dəqiqədə iki dəfə fərqlənərək, məğlubiyyətdən xilas ola bilib.

Digər qarşılaşmaların nəticələrini təqdim edirik:

“Lokomotiv” - “Bavariya” - 1:2

“Şaxtyor” - “İnter” - 0:0

“Atletiko” - “Zalsburq” - 3:2

“Porto - “Olimpiyakos” - 2:0

“Liverpul - “Midyulənd” - 2:0

“Marsel - “Mançester Siti” - 0:3.

Mənbə: www.oxu.az