“Bavariya” Alaba ilə razılaşa bilmir

“Bavariya”  Alaba ilə razılaşa bilmir

“Bavariya” futbolçusu David Alaba ilə yeni müqavilə üçün razılığa gələ bilmir.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub nümayəndələri növbəti dəfə 28 yaşlı müdafiəçinin meneceri Pini Zahavi ilə görüşüb. Lakin tərəflər yenə razılığa gələ bilməyib.

Bundan əvvəl iyul və avqust aylarında da klub nümayəndələri və menecer görüşərək, yeni müqavilə üçün danışıqlar aparmağa çalışmışdılar.

Eləcə də, “Mançester Siti” və “Yuventus”un avstirayalı oyunçu ilə maraqlandığı bildirilmişdi. Onun Münhen təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti isə bu mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Alaba 2010-cu ildən “Bavariya”da çıxış edir.

Mənbə: qol.az