Ronaldu: "Koronavirus testi tamamilə cəfəngiyyatdır"

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu koronavirus testi ilə bağlı tənqidi paylaşım edib.

Məlumata görə, portuqaliyalı hücumçu bunu cəfəngiyyat adlandırıb.

Millinin düşərgəsində koronavirusa yoluxan 35 yaşlı forvardın sonradan daha 2 analizinin nəticəsi müsbət çıxıb. Buna baxmayaraq, təcrübəli oyunçu özünü yaxşı və sağlam hiss etdiyini bildirib.

Qeyd edək ki, karantin qaydalarını pozmaqda günahlandırılan Kriştianu Ronaldu UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda İspaniya "Barselona"sı ilə bugünkü oyunu buraxacaq/Report.

Mia.az

ƏVVƏLKİ XƏBƏR

Hakerlərimiz məhv edilmiş erməni hərbçilərinin siyahısını ələ keçirdi - ŞOK SİYAHI

SONRAKI XƏBƏR

İlham Əliyev: “İrəvanın münaqişənin həll prosesi üzrə işə qadir olduğuna şübhə edirəm”