Bartomeu istefa verdi, Messi üçün yaşıl işıq yandı - Yeni müqavilə imzalayacaq

Kataloniya “Barselona”sının və Argentina millisinin lideri Lionel Messi klubla yeni müqavilə imzalamağa hazır olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Telegraph” nəşri yazır.

Mənbə bildirir ki, 33 yaşlı Messi Josep Bartomeunun istefasının ardından yeni bir razılaşma imzalamağa razı olub.

Argentinalı futbolçu yayda Bartomeu ilə fikir ayrılıqlarına görə klubdan ayrılmağı düşünmüşdü. Onun xidmətləri ilə ingilislərin “Mançester Siti” komandası maraqlanırdı.

Xatırladaq ki, 27 oktyabrda “Barselona” klubunun prezidenti Josep Maria Bartomeu və komandanın direktorlar şurasının üzvləri istefa veriblər.

Babək Göyüş

KONKRET.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

İranın Qarabağ təşəbbüsü nəticə verə bilərmi? - Şərh

SONRAKI XƏBƏR

SOCAR Əliağa limanını tamamilə satmaq niyyətində deyil