Badrinin oğlunun “Qalatasaray”a keçidi baş tutmadı

Badrinin oğlunun “Qalatasaray”a keçidi baş tutmadı

Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliyanın "Qalatasaray"a keçidi baş tutmayıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Türkiyə nəhəngi gürcüstanlı futbolçunun çıxış etdiyi Rusiya "Rubin"inə rəsmi təklif göndərib.

Kazan təmsilçisi Xviçanı satmaqdan imtina edib. Bu barədə məlumatı klubdan veriblər: "Onlar 15 milyon avro ödəməyə hazır idi. Lakin baş direktor Rüstəm Salmanov futbolçunu satmaqdan imtina edib".

Qeyd edək ki, Gürcüstan millisinin futbolçusu Dortmund "Borussiya"sının da maraq dairəsindədir.

Milli.Az

Mənbə: news.milli.az