Çalkanoğlu bu kluba görə "Milan"ın təklifini geri çevirdi

Çalkanoğlu bu kluba görə "Milan"ın təklifini geri çevirdi

"Milan" türkiyəli futbolçusu Hakan Çalkanoğluya müqaviləni yeniləmək barədə təklif edib.Çalkanoğlu isə İngiltərə Premyer liqasında oynamaq arzusunda olduğunu qeyd edərək bu təklifi rədd edib.

Offsideplus.az Gazzetta dello Sport-a istinadən xəbər verir ki, "Mançester Yunayted" 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır. "Qırmızı şeytanlar"ın Hakan Çalkanoğluya 5 illik razılaşma təklifi göndərdiyi və futbolçunun müsbət cavab verdiyi bildirilir.

Qeyd edək ki, Hakan 2017-ci ildən İtaliya nəhəngi "Milan"da çıxış edir.

 

Mənbə: offsideplus.az