"Mançester Siti"nin yollarını ayırdığı futbolçu özünü öldürdü

"Mançester Siti"nin yollarını ayırdığı futbolçu özünü öldürdü

"Mançester Siti" Akademyasının yollarını ayırdığı 17 yaşlı futbolçu Ceremi Visten depresiyaya düşərək intihar edib.

Fanat.Az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

"Mançester Siti" ailəsi olaraq akademiyamızın keçmiş oyunçusu Ceremi Vistenin vəfatını öyrənməyin dərin üzüntüsünü yaşayırıq. Ailəsinə və dostlarına başsağlığı veririk. Belə ağır günlərdə dualarımız sizinlədi" deyə klubdan bildirilib.

Ceremi Vistenin intiharının səbəbləri barədə ailəsi hələ heç bir açıqlama verməyib. Amma gənc futbolçunun "Mançester Siti"dən göqdərildiyi üçün depresiyaya düşərək intihar etdiyi bildirilir.

Mənbə: www.fanat.az