"Mançester Yunayted"dən iki futbolçu üçün 194 milyon avro

"Mançester Yunayted"dən iki futbolçu üçün 194 milyon avro

"Mançester Yunayted" Dortmund "Borussiya"sının iki futbolçusuna nlçi düşüb.

Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, İngiltərə təmsilisi Ceydon Sanço və Erlinq Haalandı heyətinə qatmaq istəyir.

"Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşerin "Molde"də rəhbərliyi altında oynamış Erlinq Haalandla yaxşı münasibətləri var və ingilislər bu əlaqələrdən istifadə etmək istəyir. Amma 20 yaşlı futbolçunun müqavsiləsindəki 68 milyon funt-sterlinqlik (təxminən 75 milyon avro) sərbəst qalma maddəsi 2022-ci ildə qüvvəyə minəcək. Buna görə də "qırmızı-şeytanlar" 2022-ci ili gözləməli olacaq.

Mançesterlilər Ceydon Sanço üçün daha böyük məbləğ ödəməlidi. Belə ki, "Borussiya" 20 yaşlı futbolçu üçün 108 milyon funt-sterlinq (təxminən 119 milyon avro) tələb edir.

Bildirilir ki, "Mançester Yunayted" bu iki futbolçu üçün 176 milyon funt-sterlinqi (təxminən 194 milyon avro) ödəməyə hazırdı.

Qeyd edək ki, "Borussiya" Erlinq Haalandı bu ilin yanvarında "Zalsburq"dan 20 milyon avroya alıb. hazırda "Transfermarkt"ın 80 milyon avro qiymət qoyduğu futbolçu cari mövsüm oynadığı 8 rəsmi matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ceydon Sanço isə "Borussiya"ya "Mançester Siti"nin akademiyasından 7,84 milyon avroya keçib. Hazırda "Transfermarkt" ona 117 milyon avro qiymət qoyub. İngilis futbolçu cari mövsümdə oynadığı 6 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Mənbə: fanat.az