"Güzgüyə baxmaq istəmirəm" - 13 top buraxan qolkiper

"Güzgüyə baxmaq istəmirəm" - 13 top buraxan qolkiper

Niderland Erediviziyasının 6-cı turunda “Ayaks”a 0:13 hesabıyla uduzan “Venlo”nun qapıçısı Daleno van Krooy açıqlama verib.

Offsideplus.az "Bild" nəşrinə istinadən xəbər verir ki, qapısında 13 top görən 29 yaşlı qapıçı bunları deyib:

“Qəbuledilməz bir vəziyyətdir, bütün dünya bizdən danışır. Əlimdən gələn hər şeyi etdim, lakin sanki məşqdə idilər. Güzgüyə baxmaq istəmirəm. Ancaq bu oyunu unutmalıyıq”.

Mənbə: offsideplus.az