Ramil Quliyevdən Bərdə və Qarabağ paylaşımı - FOTO

Ramil Quliyevdən Bərdə və Qarabağ paylaşımı - FOTO

Türkiyə millisinin azərbaycanlı Dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə paylaşım edib.

Publika.az xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının instaqramda 67 mindən çox izləyicisi var.

 

View this post on Instagram

A post shared by Ramil Guliyev (@grame90) on Oct 28, 2020 at 11:25am PDT

 

Mənbə: publika.az