"Neftçi"nin futbolçusu koronavirusdan sağaldı

"Neftçi"nin futbolçusu koronavirusdan sağaldı

"Neftçi" klubun futbolçusu Prins İbara növbəti dəfə koronavirus testindən keçib.

Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin "

Report"a verdiyi məlumata görə, 24 yaşlı hücumçunun testi mənfi olub.

Klub rəsmisi konqolu oyunçunun tezliklə Bakıya qayıdacağını vurğulayıb.

Qeyd edək ki, Prins İbara Konqo millisinin düşərgəsində koronavirusa yoluxmuşdu.

 

Mənbə: fanat.az