"Qəbələ" - "Sabah": 13-cü duel

Bu həftə Azərbaycan Premyer Liqasında II dövrə start götürəcək. “Qəbələ” VIII turun matçını evdə keçirəcək. “Qırmızı-qaralar” öz meydanında “Sabah”la görüşəcək.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionundakı matç rəqiblərin 13-cü matçı olacaq. İlk duelləri 2 il öncəyə təsadüf edən komandalar indiyədək 12 dəfə üz-üzə gəlib. Səkkiz dəfə Premyer Liqada, dörd dəfə Azərbaycan kubokunda görüşən rəqiblərin duellərində üstünlük “Qəbələ”nin tərəfindədir. 7 dəfə qələbə qazanan “qırmızı-qaralar” 1 oyunda heç-heçə edib və 4 matçda uduzub. Rəqib qapısından 15 top keçirən futbolçular 12 qol buraxıb. “Qəbələ”nin bu oyunlardakı ən yaxşı bombardirlər Davit Volkovla Klesio Baukdur. Onlar hərəyə 3 qol vurublar.

Premyer Liqadakı oyunlarda bakılılar 4, qəbələlilər 3 dəfə üç xala sevinib. Bir dəfə isə sülh qeydə alınıb. Top fərqi də paytaxt təmsilçisinin xeyrinədir – 10:7. Öz meydanında 3 qələbə və 1 heç-heçəsi olan “Qəbələ” yalnız 1 matçda məğlub olub. Komandanın ev oyunlarındakı üstünlüyü top fərqində də əksini tapıb – 8:6.

Xatırladaq ki, oktyabrın 31-də keçiriləcək “Qəbələ” – “Sabah” oyunu saat 14:00-da başlayacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

“Türkiyəli iş adamları üçün daha yaxşı şərait yaradılmalıdır” – Hamı yerli mal alsın!

SONRAKI XƏBƏR

Diplomatik korpus Bərdədə Ermənistanın raket hücumunun fəsadları ilə tanış olub - VİDEO