Koronavirusa görə Fransa çempionatında bu oyun təxirə salındı

Koronavirusa görə Fransa çempionatında bu oyun təxirə salındı

Fransa çempionatının 9-cu turunda oktyabrın 31-i keçirilməli olan "Marsel" - "Lans" oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Yenisabah.az xəbər verir ki, buna qonaq komandanın 11 oyunçusunda koronavirus aşkarlanması səbəb olub.

Bundan başqa, "Lans"da daha 7 nəfər də koronavirusa yoluxub. Bildirilib ki, xəstələr arasında komandanın məşqçisi Frank Ez də var.

 

Mənbə: yenisabah.az