Nəhəng klublar niderlandlı gənc futbolçunu transfer etmək istəyir

Niderlandın "Ayaks" klubunun futbolçusu Rayan Qravenberx karyerasını İngiltərədə davam etdirə bilər.

101.az xəbər verir k, 18 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"in diqqət mərkəzindədir.

Niderlandlı oyunçu ilə İtaliyanın "Yuventus" və İspaniyanın "Barselona" klubları da maraqlanır.

Qeyd edək ki, Rayan Qravenberx cari mövsüm Erediviziyada 4 oyunda meydanda olub və iki məhsuldar ötürmə ilə yadda qalıb. Qravenberx "Ayaks"ın yetirməsidir.

101.az

ƏVVƏLKİ XƏBƏR

Ard-arda dəstək mesajları verən cənub qonşusu...

SONRAKI XƏBƏR

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib