Türkiyə klubundan Azərbaycana dəstək: "Yanındayıq, "Qarabağ!"

Türkiyə klubundan Azərbaycana dəstək:  "Yanındayıq, "Qarabağ!"

Türkiyənin "Başakşehir" klubu UEFA Avropa Liqasının I qrupunun II turunda bu gün İstanbulda İspaniya "Vilyarreal"ı ilə qarşılaşacaq "Qarabağ"a dəstək verib.

Teleqraf.com-un məlumatına görə, matçın keçiriləcəyi "Başakşehir Fatih Terim" stadionunun ətrafında Ağdam təmsilçisi ilə bağlı pankartlar yerləşdirilib.

Pankartların üzərində "Yanındayıq, "Qarabağ"! Avrokuboklarda uğurlar!" şüarları qeyd olunub.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Mənbə: teleqraf.com