Messi və Qvardiola "Barselona"da yenidən bir arada?

Messi və Qvardiola "Barselona"da yenidən bir arada?

"Barselona" klubunun prezident yanında nümayəndəsi Viktor Fonti açıqlamaları ilə gündəmə gəlib.

Offsideplus.az SkySports-a istinadən xəbər verir ki, klubun gələcək planlarından danışan Fonti Pep Qvardiolanı "Barsa"ya geri gətirmək istədiyini bildirib.

"Çox güclü və rəqabətçi bir layihə qurmaq niyyətindəyik. Yohan Kroyfun təşkilata aşıladığı bir oyun üslubunu miras aldığımız üçün "Barsa" heyəti olaraq çox şanslıyıq. Bu üslubu bilən ən yaxşı mütəxəssislərin əksəriyyəti də klubu sevirlər və fanatıdırlar. Məsələn, Pep Qvordiola, Xavi, İnyesta, Puyol və s."

"Onların hamısı "Barselona"nı sevən, lakin hazırda klubda çalışmayan mütəxəssislərdir. Biz onları geri gətirməli və "Barsa"nın rəqabətçi ruhunu bərpa etməliyik", - deyə Fonti qeyd edib.

Mənbə: offsideplus.az