UFC rəhbəri: "Həbib döyüş meydanına qayıdacaq!"

Məndə belə hiss var ki, Həbib Nurməhəmmədov 30-cu qələbəsi üçün geri qayıdacaq.

Bu sözləri UFC rəhbəri Dana Uayt deyib.

“O, (Həbib) 30-0 etmək istəyəcək. Onun atası 30-0 istəyirdi. Mümkündür ki, atasının arzusunu yerinə yetirmək üçün Həbib qayıda bilər”, - deyə D.Uayt bildirib.

Qeyd edək ki, Nurməhəmmədov 29-cu dəfə ardıcıl qələbə qazandıqdan sonra bir daha döyüşməyəcəyini bəyan etmişdi. O, sonuncu döyüşündə amerikalı idmançı Castin Qetci üzərində qələbə qazanmışdı.

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

“Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır...”

SONRAKI XƏBƏR

"Dünya Ermənistanı humanitar öhdəliklərinə əməl etməyə məcbur etməlidir" Məhəbbət İbrahimova