AFFA klublar üçün videokonfrans formatında iclas keçirdi

Premyer Liqa və l Divizionda çıxış edən klubların nümayəndələri üçün videokonfrans formatında iclas keçirilib.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclas Lisenziyalaşdırma qrupunun 2021-2022-ci il lisenziyalaşdırma mövsümünə həsr edilib.

Toplantıda bəzi mövzular haqqında ətraflı məlumat verilib:

- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat

- Ötən mövsümün icmalı

- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqqında məlumatı

İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Maskim Şevçenko: "Azərbaycanlılar Qarabağı alacaqlar, necə ki, alırlar..." DƏSTƏK

SONRAKI XƏBƏR

Cenevrə görüşü mətbuata qapalı olacaq