"Mançester Yunayted" Çalhanoğluna etdiyi təkliflə "Milan"a şans saxlamadı

"Mançester Yunayted" Çalhanoğluna etdiyi təkliflə "Milan"a şans saxlamadı

İngiltərə Premyer Liqasında təkrar çempionluğa oynamaq istəyən "Mançester Yunayted"in transfer siyahısında Hakan Çalhanoğlu da yer alır.

Offsideplus.az xəbər verir ki, "Todofichajes" saytı "qırmızı şeytanlar"ın türk futbolçu üçün ikiqat ödəniş etməyə hazırdır.

"Milan" klubda saxlamaq istədiyi 26 yaşlı oyunçuya yeni müqavilə təklif etməyə hazırlaşır. "Mançester Yunayted" isə İtaliya klubunun ulduz oyunçuya təklif edəcəyindən iki dəfə artıq maaş ödəməyə hazırdır. Qeyd edək ki, Hakan Çalhanoğlu cari mövsümdə meydana çıxdığı 11 oyunda 5 qol vurub, 4 assist edib.

Mənbə: offsideplus.az