ABŞ klubu baş məşqçisini istefaya göndərdi

ABŞ klubu baş məşqçisini istefaya göndərdi

ABŞ-ın MLS çempionatında çıxış edən "Los-Anceles Qalaksi" komandası baş məşqçi Gilerme Barros Skelotto ilə yollarını ayırıb.

Sport7.az xəbər verir ki, bu haqda yarışın rəsmi saytı məlumat yayıb. 48 yaşlı argentinalı mütəxəssis istefaya göndərilib. 2020 mövsümünün sonuna qədər komandada baş məşqçi vəzifəsini Dominik Kinnir yerinə yetirəcək.

"Los-Anceles Qalaksi" cari mövsüm MLS-də 5 qələbə, 11 məğlubiyyət və 3 heç-heçə əldə edə bilib. Komanda 18 xalla sonuncu pillədədir.

 

 

Mənbə: sport7.az