“Xarı Bülbül”ün avrokubokdakı oyununun vaxtı BƏLLİ OLDU

“Xarı Bülbül”ün avrokubokdakı oyununun vaxtı

Kişi voleybolçulardan ibarət “Xarı bülbül”ün avrokubokda debüt edəcəyi tarix dəqiqləşib.

Bizim.Media xəbər verir ki, Şuşa təmsilçisi beynəlxalq arenada ilk qarşılaşmasına oktyabrın 25-də çıxacaq.

Çağırış Kubokunun 1/32 final mərhələsi çərçivəsində Slovakiyanın "Spartak" (Miyava) klubu ilə görüş Bakıda Voleybol Mərkəzində təşkil olunacaq.

Matç saat 18:00-da başlayacaq. Klublar arasında razılığa əsasən, Miyava təmsilçisi “Xarı bülbül”lə cavab oyununa da Bakıda çıxacaq. Slovakların nominal ev sahibi olacaq görüş oktyabrın 26-da, saat 18:00-da start götürəcək.

Mənbə: bizim.media