UEFA-nın vitse-prezidenti istefa verdi

UEFA-nın vitse-prezidenti istefa verdi

UEFA-nın vitse-prezidenti və qurumun İcraiyyə Komitəsinin üzvü Mikele Uva vəzifəsindən ayrılıb.

Qaynarinfo xəbər verir ki, italiyalı funksioner "Corriere dello Sport" nəşrinə açıqlamasında istefa verdiyini bildirib.

Uva qərarını bu cür izah edib: "Peşəkar bacarıqlarımı qiymətləndirmək və qazandığım təcrübəyə, gözləntilərimə uyğun karyeramı davam etdirmək şansımın olacağına inanıram. Birlikdə keçirdiyimiz dörd il üçün UEFA-nın prezidenti, həqiqi lider, həmkarım Aleksander Çeferinə təşəkkür edirəm".

Qeyd edək ki, 2017-ci ilin aprelində UEFA İcraiyyə Komitəsinə üzv seçilən Mikele Uva sentyabrda isə vitse-prezident təyin olunub.

Mənbə: qaynarinfo.az