Türk klubunda yoluxma halı qeydə alınıb

Türk klubunda yoluxma halı qeydə alınıb

Türkiyə Superliqa klublarından olan "İstanbul Başakşəhər" klubunda koronavirusa yoluxma halı qeydə alınıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 1 futbolçuda Covid-19 testinin nəticəsi müsbət olub.

Klubun həmin oyunçunun adını açıqlamasa da dərhal karantinə alındığını qeyd edib.

Xatırladaq ki, "İstanbul Başakşəhər" klubu Türkiyəni Çempionlar liqasında təmsil edən yeganə klubdur.

Mənbə: offsideplus.az