Türkiyə klubları ÇL qrup mərhələsinə birbaşa vəsiqə qazana bilməyəcək - TƏFƏRRÜAT

Türkiyə klubları ÇL qrup mərhələsinə birbaşa vəsiqə qazana bilməyəcək - TƏFƏRRÜAT

Türkiyə klubları növbəti mövsüm Çempionlar liqasına təsnifat mərhələsindən başlamaq məcburiyyətində qala bilər.

Offsideplus.az xəbər verir ki, buna səbəb Türkiyənin UEFA reytinqində ilk "10-luq"dan kənarda qalmasıdır.Belə ki, qardaş ölkənin milli yığma və klublarının beynəlxalq matçlarda qeyri-sabit nəticə göstərməsi UEFA reytinqində 28.900 xalla 13-cü pilləyə geriləməsinə səbəb olub.

Yeni reytinqə əsasən, ilk üç yeri müvafiq olaraq İspaniya, İngiltərə və İtaliya tutub.Azərbaycan millisi isə 16.625 xalla 26-cı pillədə qərarlaşıb.

Mənbə: offsideplus.az