Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Belçika “Antverpen”i ilə səfər oyunu “Tottenhem”in qapıçısı Uqo Lyoris üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, o, qitə miqyaslı yarışlarda 100-cü oyununu keçirib.
Bununla da təcrübəli qolkiper avrokuboklarda 100 matç həddinə çatan ilk fransız qapıçı olub. Lyoris indiyə qədər UEFA Çempionlar Liqasında 32, Avropa Liqasında isə 68 oyuna çıxıb.
Mənbə: offsideplus.az