Futbol üzrə İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi dünyasını dəyişib

Futbol üzrə İngiltərə yığmasının və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Nobbi Staylz dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə “Mançester Yunayted”in rəsmi saytı məlumat yayıb.

Veteran futbolçu 78 yaşında vəfat edib.

Staylz İngiltərə yığmasının heyətində DÇ-1966-nın qalibi olub. Karyerasının böyük hissəsini “Mançester Yunayted”də keçirmiş futbolçu, sonralar “Midlsbro” və “Preston”da da forma geyinib.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Dənizkənarı şəhər

SONRAKI XƏBƏR

İsveç koronavirusa qarşı kollektiv immunitetə sahib ilk ölkə ola bilər