Milli Monteneqronu bu şəhərdə qəbul edəcək - NEYTRAL MEYDAN

Milli Monteneqronu bu şəhərdə qəbul edəcək - NEYTRAL MEYDAN

Milli noyabrda keçirəcəyi növbəti iki oyunla Millətlər Liqasının qrup mərhələsindəki missiyasını başa vuracaq.

Növbəti oyunlardan birincisi noyabrında 11-də Bakıda Monteneqroya, 14-də isə səfərdə Lüksemburqa qarşı olmalıydı. Lakin cəbhədəki məlum vəziyyətlə bağlı milli növbəti dəfə rəqibini neytral meydanda qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, bu dəfə Xorvatiyanın Zapreşiç şəhəri seçilib. Yığma monteneqrolularla “Ivan Laljak-Ivić” stadionunda oynayacaq. Düzdür, buna qədər də oyunun Xorvatiyada olacağı deyilmişdi. Sadəcə, həmin vaxt Zaqrebdəki "Maksimir" stadionu göstərilmişdi. Görünür, hansısa səbəb UEFA-nı yerdəyişməyə əl atmağa məcbur edib.

Mənbə: offsideplus.az