"Milan"ın 3 futbolçusu koronavirusdan sağaldı

"Milan"ın 3 futbolçusu koronavirusdan sağaldı

İtaliya nəhənginin koronavirusa yoluxan üç futbolçusu Canluici Donnaruma, Yens Peter Hauqe və Matteo Qabbia sağalıb.

Offsideplus.az xəbər verir ki, "Milan" günlərini karantində keçirən futbolçuların COVID-19 testinin son nəticəsinin neqativ olduğunu açıqlayıb.

Futbolçuların bir neçə gün ərzində məşqlərə dönəcəyi bildirilir.

 

Mənbə: offsideplus.az