Şəhriyar Məmmədyarov gerilədi, Teymur Rəcəbov isə...

Şəhriyar Məmmədyarov gerilədi, Teymur Rəcəbov isə...

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytı məlumat yayıb.

İlk "10-luq"da yer alan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov 1 pillə geriləyərək 8-ci sıraya düşüb. Onun aktivində 2 770 xal var.

2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdəki mövqeyini qoruyub.

Nicat Abbasov 2 668 xalla 3 pillə irəliləyərək, 72-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2 665 xalla 2 pillə - 75-ci sıraya enib. 2 654 xalı olan Rauf Məmmədov isə 2 pillə geriləyərək 95-ci sırada qərarlaşıb.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 823 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

 

 

Mənbə: fanat.az