"Trabzonspor" yığmanın sabiq çalışdırıcısını gətirir

"Trabzonspor" yığmanın sabiq çalışdırıcısını gətirir

"Trabzonspor"da Eddi Nyuton dövrü başa çatdı.

"Kasımpaşa" məğlubiyyətinin ertəsi, yəni bu gün səhərki məşqdə futbolçularla vidalaşan ingilis çalışdırıcı yaxın saatlarda Trabzonu tərk edəcək.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nyutonu Abdullah Avcı əvəzləyəcək. Hətta rəhbərliyin daha öncə Avcıyla görüşdüyü və razılıq əldə etdiyi deyilir.

Xatırladaq ki, Abdullah Avci "İstanbulspor", "İstanbul Başakşehir", "Beşiktaş" kimi komandalarla yanaşı, Türkiyə millisini də çalışdırıb.

Mənbə: offsideplus.az