Zidan qalmaqala münasibət bildirdi

Zidan qalmaqala münasibət bildirdi

Zinəddin Zidan "Borussiya" - "Real" qarşılaşmasının fasiləsində yaşanan hadisəyə münasibət bildirib.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, fransız çalışdırıcı həmin an Kərim Benzema ilə Junior Vinisus arasında yaşanan gərginliyi normal hesab etdiyini deyib: "Əsas odur ki, hər kəs ürəyindəkiləri söylədi və hər şey məlum oldu. Özüm də futbolçu olmuşam, meydanda olanlar orda da qalır. Biz kollektivik və bizə uğur qazanmaq üçün enerji lazımdır. Futbolçular arasında gərginlik yaşanıbsa, bu, komandanın istəyindən xəbər verir, bu, bizim yaşadığımızı bildirir. Yaşananlar geridə qalıb, irəli boylanırıq".

Oyunun fasiləsində nə baş vermişdi? Kərim Benzema fransız dilində Ferlan Mendidən Vinisiusa ötürmə etməməyi xahiş etmişdi ki, buna görə Juniorla Kərim arasında gərginlik yaranmışdı.Benzema ilə Mendi arasındakı dialoq isə kameraların obyektivinə tuş gəldiyindən, "Real"ın azarkeşləri təcrübəli forvardın komandadan qovulmalı olduğunu iddia edir.

Mənbə: offsideplus.az