"Qələbəsizlik sindromunu qıra bildiyimiz üçün sevinirəm" - Elmar Baxşıyev

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın VIII turunda "Sabah"a evdə 2:1 hesabıyla qalib gəlidkləri matçdan sonra mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə cari çempionatda ilk qələbələrini dəyərləndirib: "Komandanı həm məşqlərə, həm də oyuna kökləmək çətindir. Bütün düşüncələrimiz Ordumuzla bağlıdır. Ümid edirik ki, tezliklə bütün ərazilərimizi azad edəcəyik. Oyuna gəlincə, bizə qələbə çatmırdı. Nəhayət, bu sindromu qıra bildiyimizə görə sevinirəm".

Baxşıyevin fikrincə, artıq komandaya psixoloji cəhətdən asan olacaq: “Qələbə qazana bilməməyimiz mövsümün gedişində komplektləşməyimizlə əlaqədardır. Əvvəldən də komandamdan razı idim. Hər matçda 4-5 imkan qazandıq. Bunun reallaşması "axsayırdı". İnanıram ki, indi daha tez-tez qələbə qazanacağıq".

Baş məşqçi əsas qapıçısı Anar Nəzirovun da zədəsindən danışıb: "Bunu MRT müayinəsindən sonra dəqiq biləcəyik. Qapıçılar arasında fərq qoymuram".

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Avtomobildən 3 metr uzunluğunda piton ilan çıxdı - VİDEO

SONRAKI XƏBƏR

Evdə müalicə olunan COVID-19 xəstələrinə dərmanı dövlət verir - Səhiyyə Nazirliyi