PSJ-nin baş məşqçisi özündən çıxdı: "Belə getsə, oyunçuları öldürəcəyik"

PSJ-nin baş məşqçisi özündən çıxdı: "Belə getsə, oyunçuları öldürəcəyik"

PSJ-nin baş məşqçisi Tomas Tuxel sıx oyun cədvəlinə görə qəzəblənib.

Offsideplus.az xəbər verir ki, bu gün Fransa Liqasında "Nantes"lə baş tutacaq oyun PSJ-nin 16 gündə sayca 5-ci görüşü olacaq. Bundan əlavə, beynəlxalq fasilədən öncə PSJ "Leiptsiq" və "Renn"lə qarşılaşacaq. 20 noyabrdan ilin sonuna qədər isə daha 10 görüş baş tutacaq.

Almaniyalı mütəxəssis Tomas Tuxel isə bu cür sıx rejimin futbolçuları məhv edəcəyini bildirib:

"Biz futbolçuları öldürəcəyik. Həmişə bunu demişəm. Biz onları öldürəcəyik, çünki, məşq, oyun və istirahət bir-biriylə bağlıdır".

Mənbə: offsideplus.az