"Zirə" yenə qələbə qazana bilmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki, günün ikinci qarşılaşmasında "Zirə" "Səbail"i qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. "Qartallar" ardıcıl 3-cü görüşdə qələbə qazana bilməyib.

Bu nəticədən sonra xalını 12-yə çatdıran meydan sahibləri 3-cü sıradakı mövqeyini qoruyub. Bir oyun az keçirən "dənizçilər" isə 6-cı xalını qazanıb. Turnir cədvəlində özü ilə eyni xala malik "Sabah"ı qabaqlayan komanda 7-ci yerə yüksəlib.

Masazır təmsilçisi isə günün ilk oyununda "Qəbələ"yə səfərdə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, tura sabah keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Qarabağ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı artır

SONRAKI XƏBƏR

Erdoğandan 66 ölkəyə təşəkkür mesajı – Siyahıda Azərbaycan da var