"Səbail"in baş məşqçisi: "Rəqabəti artırmaq istərdik"

"Səbail"in baş məşqçisi: "Rəqabəti artırmaq istərdik"

"Həm Türkiyədə, həm də Bərdədə yaşanan faciəyə görə dünyalarını dəyişənlərə Allahdan rəhmət diləyirəm. İnanırıq ki, torpaqlarımızı yaxın günlərdə tam qaytaracaqlar. Ordumuza qüvvət diləyirəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə"yə qarşı qolsuz bərabərliklə başa çatan səfər matçından sonra "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

"Bilirdik ki, sintetik qazondan sonra təbii ota keçmək çətin olacaq. Hər iki komanda əzmkar mübarizə apardı. İlk hissədə yaxşı qol epizodlarımız oldu. Fasilədən sonra rəqib üstünlüyü əldə etməyi bacardı. Nizam-intizamlı, baş məşqçinin dəst-xətti olan komandaya qarşı oynayırdıq. Hər oyun çətin keçir, hər kəs bir-birindən xal ala bilər. Çalışacağıq ki, bu mübarizədən qopmayaq. Getdikcə oyunumuz yaxşılaşması yuxarı pilləyə qalxacağımıza ümid edirəm. Əvvəlki matçlarla müqayisədə bu gün müdafiəmiz yaxşı oynadı, qol buraxmadıq. Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm", - deyə, 39 yaşlı mütəxəssis oyunu dəyərləndirib.

- 4 oyuna 6 xal yaxşdı. çox yaxşıdı, yoxsa..?

- Çox yaxşı desək, səmimi olmaz. Futbolçulardan razıyq. Daha çox xalımız da ola bilərdi, az da. Bizim üçün əsas oyunumuzu inkişaf etməkdi. Bunu kənardan sezmək çətin deyil. Bu gün heyətimiz istənilən rəqabətə malik deyil. Ancaq həvəsdən düşmürük, pozitiv düşünürük. Gənc futbolçularımız belə oyunlarda "bərkiyirlər". Fikrimiz yerli futbolçuları inkişaf etdimək, miliyə qazandırmaqdı. Bu gün Rauf Əliyevi miliyə çağırmaq pis olmazdı. Olduqca mübariz keyfiyyətə malikdi. Milidə belə oyunçuya ehtiyac var. Başqa təcrübəli futboçularımız var ki, miliyə çağırıla bilərlər.

- Sizin üçün hansı mövqedə çatışmazlıq var?

- Bunu demək istəməzdim ki, həmin mövqeyə hörmətsizlik olsun. Sadəcə, rəqabəti artırmaq istəridk. Bu heyətlə də həvəsdən düşmürük.

Mənbə: offsideplus.az