"Barselona" müflis olmaq təhlükəsi ilə üz-üzə

"Barselona" müflis olmaq təhlükəsi ilə üz-üzə

İspaniyanın “Barselona” klubu ciddi maliyyə problemi ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, futbolçuların məvacibini ödəməkdə çətinlik çəkən Kataloniya klubu müflis ola bilər.
“Barselona”da 2021-ci ilin əvvəlinə qədər futbolçuların məvaciblərinə görə ayrılan vəsaitin 190 milyon avro azaldılması lazımdır. Klub futbolçularla razılaşa bilməsə, müflisləşmək təhlükəsi ilə üz-üzə qalacaq.

Kataloniya təmsilçisində bir müddət əvvəl bəzi futbolçular maaşlarının azaldılması fikrinə qarşı çıxmışdı.

Mənbə: offsideplus.az