Araz Abdullayevli “Boluspor” növbəti məğlubiyyətini alıb

Futbol üzrə Türkiyə 1-ci liqasında 8-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Bursaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

8 turdan sonra hesabında 3 xal olan “Boluspor” 18 kollektiv arasında 17-cidir.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Qardaşım İlham Əliyev olmaqla 88 ölkədən... - Ərdoğan

SONRAKI XƏBƏR

Oxu tar, oxu tar! - Qarabağın məşhur aşığı Aşıq Valehin nəticəsi Qurban Pirimovun həyatı...