Ağalarov Azərbaycana gətirilir? - Atası danışdı

Ağalarov Azərbaycana gətirilir? - Atası danışdı

"Axmat"ın hücumçusu Həmid Ağalarovun atası Ruslan Ağalarov oğlunun Azərbaycan millisinə keçmək təklif olunduğu xəbərlərinə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, o, sport24.ru-ya açıqlamasında bu barədə məlumatsız olduğunu deyib:

“Mən heç nə bilmirəm və eşitməmişəm ki, AFFA Həmidə vətəndaşlığını dəyişməyi təklif edib. Heç kim mənimlə və ya Həmidlə əlaqə saxlamayıb. Hazırda biz Rusiya Federasiyasının vətəndaşlarıyıq və bununla fəxr edirik”.

Qeyd edək ki, H. Ağalarov 2022-ci ilin yayından "Axmat"da çıxış edir. Bu klub Rusiya çempionatında Çeçenistanı təmsil edir.

Mənbə: yenisabah.az