Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə dördüncü yeri tutublar

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə dördüncü yeri tutublar

 

Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Mersin şəhərində keçirilən “Bioderma Pro Beach Tour” açıq çempionatında dördüncü yeri tutublar.

Oxu.Az xəbər verir ki, Vadim Kutukov - Heydər Məmmədli cütlüyü 32 komanda arasında təşkil olunan beynəlxalq turnirdə bu uğura nail olub.

Vüqar Bayramov - Ülvi Rəcəbli tandemi yarışın 1/4 final, Fidan Əhmədxanova - Larisa Smeltsova cütlüyü isə 1/8 finalında mübarizəni dayandırıblar.

Azərbaycanın çimərlik voleybolçuları oktyabrın 3-də Türkiyənin digər şəhəri Balıkesirə yola düşəcəklər. Onlar orada CEV Klublararası Avropa Kubokunda (Beach Volley European Cup) qüvvələrini sınayacaqlar.

Mənbə: oxu.az