"Barselona"nın futolçusu Lamin Yamalın klubla yeni müqaviləsinə bir milyard avroluq təzminat maddəsi daxil olacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Yeni müqavilənin rəsmi elanı bu gün açıqlanacağı gözlənilir. 16 yaşlı futbolçu ilə müqavilə 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub.
16 yaşlı Yamal "Barselona"nın yetirməsidir. Onun hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. 2023/24 mövsümündə ispaniyalı futbolçu 9 matçda iştirak edib, 2 qolun ötürməsini verib.
Mənbə: yenisabah.az