Prezident rəqib futbolçuya zəng etdi, üzr istədi - FOTOLAR

Prezident rəqib futbolçuya zəng etdi, üzr istədi - FOTOLAR

"Real"ın prezidenti Florentino Peres "Jirona"nın hücumçusu Portudan üzr istəyib.

Publika.az xəbər verir ki, buna səbəb onun Madrid klubunun müdafiəçisi Naço ilə mübarizədə xəsarət almasıdır. Peres şəxsən üzr istəmək üçün futbolçuya zəng edib. Bu barədə AS nəşri məlumat yayıb.

Qeyd olunur ki, Portunun ombasında problemlər var. Lakin futbolçu özünü yaxşı hiss edir.

Qeyd edək ki, görüş "Real"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qayda pozuntusuna görə Naço qırmızı vərəqə alıb.

Heybət

Mənbə: publika.az