Fərrux İsmayılov: “Əsas məqsədlərdən biri işğaldan azad olunmuş rayonlarda klublar yaratmaq olacaq”

Fərrux İsmayılov: “Əsas məqsədlərdən biri işğaldan azad olunmuş rayonlarda klublar yaratmaq olacaq”

Fərrux İsmayılov: "Kütləvi Futbol Departamentinə rəhbərlik etməyim AFFA-dan məsləhət bilindi. Bu etimada görə AFFA rəhbərliyinə təşəkkür edirəm. Keçidlə bağlı “Neftçi” rəhbərliyi ilə də danışdım. Onlar da mənə dəstək oldular. Bu məndə bir qədər də özünəinam yaratdı. Klub rəsmiləri ilə halallaşdıqdan sonra Kütləvi Futbol Departamentinin yeni rəhbəri olmağa razılıq verdim. Bilirsiniz ki, indi pandemiya ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi dayandırılıb. Lakin tezliklə yarımçıq qalan və yeni layihələrə start veriləcəyinə ümid edirəm.
Əsas məqsədlərdən biri işğaldan azad olunmuş rayon və şəhərlərin futbol klublarını yaratmaq olacaq. Bu komandaların Region Liqasında iştirakını təmin edəcəyik ki, bunu da AFFA rəsmən açıqlayıb.
Hədəflərdən biri də budur ki, Region Liqasında Qarabağ regionunun yaradılması ilə bağlı işlər görülsün. Əhalimiz orada məskunlaşandan sonra futbolla bağlı çoxlu layihələr həyata keçirəcəyik".

Mənbə: apa.az