"İbrahimoviç 50 yaşına kimi də oynaya bilər" - Totti

"İbrahimoviç 50 yaşına kimi də oynaya bilər" - Totti

"Roma"nın əfsanəsi Françesko Tottinin isveçli ulduza yağdırmadığı tərif qalmayıb.

Offsideplus.az xəbər verir ki, Totti "Milan"ın hücumçusu Zlatan İbrahimoviçin 50 yaşına qədər oynaya biləcəyini açıqlayıb. O, İbranın heç vaxt dayanmayacağına ümid etdiyini bildirib:

"Zlatan bir ayağı üstündə də oynaya bilər. 50 yaşında da bu səviyyə ilə davam edəcək. Onun oynadığını görmək çox xoşdur. Fiziki gücü, texnikaları və sərgilədiyi performans gözlənilməzdir. Onu yenidən meydanda görməkdən qürur duyuram".

Qeyd edək ki, Zlatan İbrahimoviçin klub karyerasında vurduğu qolların sayının 500-ə çatması üçün cəmi iki qol çatmır.

Mənbə: offsideplus.az