"Sumqayıt"da iki ciddi itki birdən

Premyer Liqanın 10-cu turu çərçivəsində "Sumqayıt" "Qarabağ" önündə darmadağın oldu - 1:6.

Qonaqların əhval pozğunluğu tək buna görə deyildi.

Offsideplus.az xəbər verir ki, "kimyaçılar" bu oyunda əsas heyətin birdən-birə iki üzvünü itirib. Belə ki, 36-cı dəqiqədə Vurğun Hüseynov məcburiyyətdən əvəzlənib, ilk hissədə ayağında ağrılar hiss edən Cəmaləddin Xocaniyazov isə oyunu davam etdirə bilmədiyinə görə 53-cü dəqiqədə meydanda alınıb.

Müdafiəçilərin zədələrinin ciddiyili sabahkı tibbi müayinədən sonra dəqiq bilinəcək.

Qeyd edək ki, Əli Qurbani ilə Süleyman Əhmədov da zədə səbəbindən komandaya kömək edə bilmirlər.

 

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Kaspersky: Hər altı şirkətdən biri bütün səviyyələrdə innovativ fikirləri təşviq edir

SONRAKI XƏBƏR

18 gün komada qalan qazimiz evinə döndü - VİDEO