Messinin Amerikaya gəlişi şərəfinə serial çəkildi - VİDEO

Messinin Amerikaya gəlişi şərəfinə serial çəkildi - VİDEO

Lionel Messi təqribən üç ay olar ki, "İnter Mayami"nin oyunçusudur. ABŞ klubu iyulun ortalarında dünya çempionatının qalibinin transferini elan etdi. Qısa müddət ötməsinə baxmayaraq "Apple TV+" artıq yayın ən səs-küylü transferi haqqında serial çəkib.

Çərşənbə axşamı günü, altı seriyalı "Messi Meets America" (Messi Amerikayla görüşdü) sənədli filminin ilk treyleri yayımlanıb. Görüntülər filmin epik bir tamaşa olacağını vəd edir. Serialda PSJ-dən azad agent kimi ayrılan Leonun ABŞ çempionatına keçməyə qərar verdiyi və karyerasına yeni çempionatda başladığı dövrdə baş verən hər şey təqdim ediləcək.

>

Yeri gəlmişkən, MLS matçlarının eksklüziv yayım hüququna malik olan "Apple"ın Messinin transferində böyük rol oynadığı məlumdur. Korporasiya yeddiqat "Ballon d'Or" qalibinə mövsümi abunə satışlarının faizini ödəyəcək.

"Messi Meets America" filminin ilk üç seriyası oktyabrın 11-də yayımlanacaq. Bütün dünyaya açıq şəkildə təqdim ediləcək. Serialın digər hissəsi isə "bu mövsümdən sonra" adıyla təqdim olunacaq.

Mənbə: publika.az